Futbol üzrə Türkiyə milli komandasının keçmiş qapıçısı Rüştü Rəçbər ölkə Futbol Federasiyası Milli Komandalar Baş koordinatoru vəzifəsindən istefa etdiyini bildirib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, istefa etdiyini bildirən keçmiş qapıçı deyib: «Məni bu vəzifəyə layiq bilən federasiyanın sədri hörmətli Yıldırım Dəmirörənə və vəzifədə olduğum dövrdə mənimlə birlikdə çalışanlara təşəkkür edirəm».