Azərbaycan millisinin futbolçusu Ruslan Abışov yeni mövsümdən karyerasını ölkəmizdə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Rubin” klubuna məxsus olan 27 yaşlı müdafiəçi “Qəbələ” ilə danışıqları yekunlaşdırmaq üzrədir.
R.Abışov bu məqsədlə artıq Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ”nin düşərgəsinə yollanıb. Çox güman ki, o, 6 ay icarə əsasında bu komandanın formasını geyinib, Avropa Liqasında əyalət təmsilçisinə kömək edəcək.