Yevgeni Plyuşenko rəsmi şəkildə idmançı karyerasını başa vurduğunu açıqlayıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, İdmançının məşqçisi Aleksey Mişin onun həvəskar idmançı kimi karyerasını davam etdirməyin «mənasız olduğunu» söyləyib.
«Onun Soçi olimpiadasına qayıtmağının mümkünlüyündən danışanda, fiqurlu konkisürmənin paraolimpiya oyunlarının proqramına daxil ediləndən sonranı nəzərdə tuturdum»- deyə, məşqçi bildirib.
***
20.45
Rusiyanın Soçi olimpiadasındakı ümidlərindən biri fiqurlu konkisürən Yevgeni Plyuşenko qısa proqramlı yarışda iştirakdan imtina edib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, buna səbəb kürəyindəki zədələr göstərilib.