UEFA İcraiyyə Komitəsinin üzvü Sergey Fursenko Bakıya gəlib. Lent.az-ın məlumatına görə, Fursenko aprelin 26-da Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək futzal üzrə UEFA kubokunun üçüncü yer uğrunda oyununu və final qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, III yer uğrunda oyun "Kayrat" (Qazaxıstan) - "Araz", final qarşılaşması isə "Dinamo" (Rusiya) - "Barselona" (İspaniya) komandaları arasında keçiriləcək. Sergey Fursenko 2010-cu il fevralın 3-dən 2012-ci il iyunun 25-dək Rusiya Futbol İttifaqının prezidenti olub.