Futbol üzrə Rusiya milli komandasının Lüksemburq və Azərbaycan yığmaları ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup oyunları üçün ilkin heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Fabio Kapello F qrupundakı son oyunların hazırlıq prosesinə 36 futbolçu dəvət edib.
Yığmaya namizədlər siyahısına ilk dəfə “Zenit”in qapıçısı Yuri Lodıgin də düşüb. Yekun siyahı və hazırlıq prosesi yaxın günlərdə məlum olacaq.
Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Dinamo”), Yuri Lodıgin (“Zenit”), Sergey Rıjikov (“Rubin”);
Müdafiəçilər: Aleksandr Anyukov, İqor Smolnikov (hər ikisi “Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin, Georgi Şennikov (hamısı MOİK), Vladimir Qranat (“Dinamo”), Vitali Dyakov (“Rostov”), Aleksey Kozlov (“Kuban”), Dmitri Kombarov, Sergey Parşivlyuk (hər ikisi “Spartak”);
Yarımmüdafiəçilər: İqor Denisov, Artur Yusupov, Yuri Jirkov, Aleksey İonov (hamısı “Dinamo”), Alan Zaqoyev (MOİK), Denis Qluşakov, Pavel Yakovlev (hər ikisi “Spartak” M), Pavel Mamayev (“Krasnodar”), Dmitri Tarasov, Aleksandr Səmədov (hər ikisi “Lokomotiv”), Aleksandr Ryazantsev (“Rubin”), Viktor Fayzulin, Oleq Şatov, Roman Şirokov, Vladimir Bıstrov (hamısı “Zenit”), Denis Çerışev (“Sevilya”, İspaniya);
Hücumçular: Aleksandr Kerjakov (“Zenit”), Artyom Dzyuba (“Rostov”), Aleksandr Kokorin, Fedor Smolov (hər ikisi “Dinamo”).
Qeyd edək ki, oktyabrın 11-də Lüksemburqun qonağı olacaq Rusiya millisi okyabrın 15-də Bakıda millimizlə üz-üzə gələcək. Hazırda şimal qonşularımız 18 xalla F qrupuna başçılıq edirlər.