“Mançester Yunayted”in hücumçusu Markuş Reşford Mançester derbisində qol vuran ən gənc futbolçu olub.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, 18 yaşlı forvard Premyer Liqanın 31-ci turunda “Mançester Siti” ilə səfər qarşılaşmasında komandasının yeganə və qələbə qoluna imza atıb.
Bununla da o, Ueyn Runinin rekordunu yeniləyib. Runi 2005-ci ildə 19 yaşında olarkən vurduğu qolla bu rekorda yiyələnmişdi.