“Everton”un hücumçusu Ueyn Runi “Di Si Yunayted”ə keçmək üzrədi. Apasport.az saytının “Washington Post”a istinadən məlumatına görə, ingilis futbolçu Vaşinqton təmsilçisi ilə 2,5 il müddətinə anlaşıb.
Sazişə əsasən, onun ümumi qazancı 13 milyon dollar olacaq. Beləliklə, Runi “Di Si Yunayted”in ən çox məvacib alan futbolçusu kimi klub tarixinə düşəcək.
MLS klubu ilə “Everton” arasında artıq razılıq əldə olunub.
Qeyd edək ki, 12 turdan sonra “Di Si Yunayted” MLS Qərb konfransında sonuncu – 11-ci pillədə qərarlaşıb.