Futbol üzrə Topaz Premyer Liqasının qalibi “Neftçi” mayın 19-da “Bakı” ilə görüşdən sonra mükafatlandırılacaq. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin gün “Qarabağ” və “İnter” də gümüş və bürünc medallarını alacaq.
Matçdan dərhal sonra möhtəşəm atəşfəşanlıq, eləcə də konsert proqramı azarkeşləri gözləyir. Təqdimetmə mərasiminin xüsusi müğənni qonağı isə Röya olacaq. Matç “Bakcell Arena”da keçiriləcək və saat 20:30-da başlayacaq. Oyuna giriş pulsuzdur.