Röya oxudu, “Neftçi” çempionluq kubokuna qovuşdu
20 may 2013 10:50 (UTC +04:00)

Röya oxudu, “Neftçi” çempionluq kubokuna qovuşdu

Futbol üzrə Topaz Premyer Liqasında 2012-2013-cü il mövsümü qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir çempionatın XXXII turunun “Neftçi” – “Bakı” matçından sonra baş tutub.

 

Görüş “Bakı”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, hələ XXX turda çempionluğunu rəsmiləşdirən “Neftçi”nin mövqeyində heç bir dəyişiklik baş verməyib. Gərgin keçən görüşdə yeganə qolu 75-ci dəqiqədə cərimə zərbəsindən Lukaş Mario Horvat vurub. Həmin vaxt “ağ-qaralar” 60-cı dəqiqədə Denis Silvaya göstərilən qırmızı vərəqə üzündən azlıqda olub. Qoldan bir neçə dəqiqə öncə isə baş hakim Rauf Cabbarov “Neftçi”nin futbolçusu Emin Mehtiyevin öz cərimə meydançalarında açıq-aşkar əllə oynamasına göz yumub və “Bakı”nın lehinə penaltini təyin etməyib.

 

Bu qələbə sayəsində xallarını 41-ə çatdıran “Bakı” çempionatı 5-ci pillədə başa vurub. “Neftçi” isə 62 xalla ardıcıl 3-cü mövsüm çempionluğunu bayram edib. Flaqmanla qızıl medal sevincini bölüşmək üçün “Bakcell Arena”ya gələn 7000-dək azarkeş estrada ulduzu Röyanın ifasında mahnılar da dinləyib.

 

Daha sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhnəyə çıxıb. Onlar əvvəlcə “İnter”ə bürünc, “Qarabağ”a gümüş və “Neftçi”yə qızıl medalları təqdim ediblər. Sonra isə flaqmana çempionluq kuboku verilib. Mərasim atəşfəşanlıqla başa çatıb.

 

Tura isə mayın 20-də ikinci “6-lığ”ın 3 oyunu ilə yekun vurulacaq:

 

19 may (bazar)

 

“İnter” (Bakı) – “Qəbələ” – 1:0
Qol: Ramil Mansurov, 87

 

“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala) – 0:0
 

“Neftçi” (Bakı) – “Bakı” – 0:1
Qırmızı vərəqə: Denis Silva Kruz, 60 (rəqibə əl ilə zərbə)
Qol: Lukas Mario Horvat, 75

 

20 may (bazar ertəsi)

 

18:00. AZAL (Bakı) – “Kəpəz” (Gəncə)
Bakı, “AZAL Arena”

 

18:00. “Turan” (Tovuz) – “Sumqayıt”
Bakı, “Dalğa Arena”

 

19:00. “Xəzər Lənkəran” – “Rəvan” (Bakı)
Lənkəran şəhər mərkəzi stadionu.

 

 

komanda

o

q

h

m

t

x

1

Neftçi

32

19

5

8

59-32

62

2

Qarabağ

32

16

11

5

43-26

59

3

İnter

32

16

9

7

38-22

57

4

Simurq

32

12

12

8

32-26

48

5

Bakı

32

9

14

9

33-27

41

6

Qəbələ

32

10

8

14

32-40

38

 

7

AZAL

31

15

9

7

53-32

54

8

Xəzər L

31

10

10

11

39-35

40

9

Rəvan

31

11

4

16

44-53

37

10

Sumqayıt

31

9

8

14

30-47

35

11

Turan

31

7

6

18

32-58

27

12

Kəpəz

31

5

4

22

23-60

19

  

Bombardir: N. Kanales (“Neftçi”) –26.

# 1526
avatar

Oxşar yazılar