İspaniya Futbol Federasiyası “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldunu cəzalandırıb. Lent.az-ın “Marca”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu La Liqanın növbəti 3 matçından kənarlaşdırıb.
Ronaldu ötən tur “Almeriya” ilə matçda rəqib oyunçunu vurub və baş hakimə təhqiramiz jest edib. İndi o, “Real Madrid”in “Vilyarreal”, “Xetafe” və “Elçe” ilə qarşılaşmalarını buraxacaq. Əvəzində 29 yaşlı hücumçu “Atletiko” ilə İspaniya Kubokunun yarımfinal matçında komandasına kömək edə biləcək. Çünki çempionatdakı cəza kuboka şamil olunmur.
Qeyd edək ki, “Real Madrid” və “Atletiko” arasındakı ilk görüş fevralın 5-də saat 23:00-da başlanacaq. Cavab oyunu isə fevralın 12-də olacaq.