“Barselona”nın hücumçusu Lionel Messi ispaniyalıların ən çox bəyəndiyi futbolçudur. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin “Opniea” şirkəti ötən ay azarkeşlər arasında sorğu keçirib.
Bu sorğuya əsasən isə argentinalı futbolçu fanatların 58 faizinin bəyəndiyi oyunçu seçilib. Messini “Real”ın qapıçısı İker Kasilyasla Kriştianu Ronaldo izləyir.
İspaniyanın iki nəhəng və əzəli komandaları “Real” və “Barselona” arasındakı tərəfdar yarışının qalibi isə “Kral klubu” olub. Sorğuya görə, 28 faiz azarkeş “Real”ı, 26 faiz isə “Barsa”nı dəstəkləyir.
Qeyd edək ki, iqtisadi böhranla mübarizə aparan ispaniyalıların 98 faizi klubların futbolçulara çox pul verdiyini düşünür.
Ronaldu yenə Messinin kölgəsində
1208