“Real” (Madrid) klubunun oyunçusu Kriştianu Ronaldu Las Veqasda istirahət zamanı tapdığı telefonun sahibəsini şam yeməyinə dəvət edib. Lent.az-ın The Telegraph nəşrinə istinadən verdiyi xəbərə görə, telefonun Ostin Vulstenhülm adlı sahibəsi görüşə rəfiqəsi ilə yollanıb.
Xatırladaq ki, Portuqaliyalı futbolçu rusiyalı sevgilisi İrina Şeyklə beş illik münasibətlərdən sonra ayrılıb.