Karyerası ərzində 500-dən çox qola imza atan Kristiano Ronaldo xəyallarındakı vurmaq istədiyi qolu izah edib.
Apasport.az saytının məlumatına görə, “Goal.com”a danışan portuqaliyalı hücumçu rəqibin bütün futbolçularını aldatdıqdan sonra topu rəqib qapısından keçirmək istədiyini deyib.
“Mən çoxlu gözəl qollar vurmuşam. Ancaq arzularımın qolu rəqibin 11 futbolçusunu keçdikdən sonra topu qapıya göndərməkdi. Beləsini video oyunlarda eləmək olar, ancaq real həyatda təkrarlamaq demək olar ki, qeyri-mümkündü. Baxaq, görək...” – deyə o bildirib.