“Real Madrid” və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo bank hesabına nəzarət etmədiyini və nə qədər pulunun olduğunu bilmədiyini söyləyib. Apasport.az saytının məlumatına görə, futbolçu uşaqlıqda kasıb olmasına baxmayaraq, pulun onun üçün önəm daşımadığını, Pele və Maradona kimi dünya futbolunun əfsanələri sırasına düşmək istədiyini bildirib.
Ronaldo “Real”da həftədə 500 min dollara yaxın pul alır: “Mən futbolu sevirəm və bu, mənim həyatımdır. Futbol olmasaydı, nə edəcəyimi təsəvvür belə edə bilmirəm. Mənim ehtiyatda altı və ya yeddi, bəlkə də bir az da çox vaxtım var. Əgər ayaqlarım 40 yaşıma qədər oynamağa imkan versə, oynayacağam. Və ümid edirəm ki, bir gün Pele və Maradona kimi dünya futbolunun əfsanələri sırasına daxil olacağam”.