Ronaldo cavab oyununu da buraxa bilər
27 aprel 2016 02:30 (UTC +04:00)

Ronaldo cavab oyununu da buraxa bilər

UEFA Çempionlar Liqasının yarımfinal ilk matçında səfərdə “Mançester Siti” ilə qolsuz bərabərliyə razılaşan Madrid “Real”ının hücumçusu Kristiano Ronaldo zədə səbəbindən İngiltərədəki oyunda iştirak edə bilməyib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı bombardir hətta bu iki komanda arasındakı cavab qarşılaşmasını da buraxa bilər.

 

Belə ki, bud sümüyündəki problem səbəbindən La Liqanın son turunda da meydana çıxmayan hücumçu “şəhərlilər”lə matçdan öncə məşq prosesində iştirak etsə də, fitness məşq zamanı səhhətində başqa problem aşkarlanıb.

 

İspaniyanın nüfuzlu “Marka” nəşri iddia edir ki, Ronaldo cavab qarşılaşmasında da meydana çıxmayacaq.

 

Qeyd edək ki, aktivində 16 qol olan Kristiano hazırda Çempionlar Liqasının bombardirlər siyahısına başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar