Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”a yeni baş məşqçi təyin edilə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Karabükspor”la (2:1) oyundan sonra Rza Çalımbayın komandadan ayrılmaq istəyinə dair açıqlamalar verməsi klub rəhbərliyini məşqçi axtarışlarına başlamağa sövq etmişdi.
Mətbuatda bir neçə çalışdırıcının adı hallansa da, hələ ki rəhbərlik onlarla razılaşa bilməyib. Bu dəfə isə hazırda Mahaçqala “Anji”sində idman direktoru vəzifəsində işləyən, “Fənərbaxa”nın sabiq futbolçusu Roberto Karlos Cihan Özkaranın komandasının yeni baş məşqçisi olmağa çox yaxındır.
“Transfermarketweb” iddia edir ki, Sivas klubunun rəhbərliyi braziliyalı mütəxəssisə təklif göndərməyə hazırlaşır. Türkiyə təmsilçisi artıq Karlosla danışıqlara başlayacaq.
Qeyd edək ki, Roberto Karlos aprelin sonunda bildirmişdir ki, özü ayrıca komandaya məşq keçmək istəyir. Həmçinin istənilən digər klubda bu vəzifədə işləmək niyyətindədir.
Roberto Karlosun adı "Sivassporla" hallanır
672