Rəcəbov - Məmmədyarov duelində qalib müəyyənləşmədi, Karlsen yenə qələbə qazandı
27 aprel 2014 20:55 (UTC +04:00)

Rəcəbov - Məmmədyarov duelində qalib müəyyənləşmədi, Karlsen yenə qələbə qazandı

Bu gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə VII turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, azərbaycanlı şahmatçılar arasında baş tutacaq görüş diqqət mərkəzində olub.

 

Hesabında 3,5 xalı olan Teymur Rəcəbov sonuncu pillədəki Şəhriyar Məmmədyarovla qarşılaşıb. Şahmatçılarımız heç-heməyə razılaşıblar. Dünya çempionu Maqnus Karlsen isə amerikalı Hikaru Nakamura üzərində ikinci dəfə qələbə qazanıb.

 

VII tur

Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov - 0,5 : 0, 5

Sergey Karyakin – Fabiano Karuana - 0,5 : 0,5 

Hikaru Nakamura – Maqnus Karlsen - 0:1

 

Turnir cədvəli:  Karlsen 4,5 xal. Rəcəbov 4 xal, Karuana, Karyakin 3.5 xal, Nakamura 3 xal. Məmmədyarov 2,5 xal.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

Oxşar yazılar