Radik İsayev: “Finaldakı döyüşüm çətin oldu”
19 iyun 2015 23:54 (UTC +04:00)

Radik İsayev: “Finaldakı döyüşüm çətin oldu”

“Rəqibimdən revanşı götürmək istəyirdim, çünki bundan öncə iki dəfə ona uduzmuşdum”. Bunu apasport.az saytına Azərbaycanın taekvondo yığmasının lideri Radik İsayev deyib.

 

Avropa Oyunlarında +80 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, qızıl medala yiyələnən təcrübəli idmançı final matçının onun üçün çətin keçdiyini etiraf edib: “Finaldakı döyüşüm çətin oldu. Çünki rəqib çox güclü idi. Amma şükür Allaha, qalib oldum. Məni dəstəkləyən hamıya, məşqçilərimə təşəkkür edirəm. İndi çox xoşbəxtəm. Bir həftəlik istirahət edəcəm. Anamı və həyat yoldaşımı görmək istəyirəm. Qalibiyyətimi valideynlərimə həsr edirəm”.

 

Qeyd edək ki, Radik İsayev Avropa Oyunları öncəsi Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatının da qızıl medalını qazanmışdı.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar