Qvardiola Superkuboku Mourinyoya vermədi
31 avqust 2013 02:39 (UTC +04:00)

Qvardiola Superkuboku Mourinyoya vermədi

Avqustun 30-da UEFA Superkuboku uğrunda oyun keçirilib. Apasport.az-ın məlumatına görə, Çexiyanın paytaxtı Praqada keçirilən qarşılaşmada Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” klubları görüşüb.

 
Tarixində 4-cü dəfə bu mükafat uğrunda oynayacaq Münhen təmsilçisi indiyədək qazana bilmədiyi kuboku əldə etməyə çalışıb.

 

Ardıcıl 2 il Çempionlar Liqasının finalında oynayan, bu ilin mayında kuboku qazandıqdan sonra Yupp Haynkeslə yollarını ayıran “Bavariya” ispaniyalı Xosep Qvardiolanın rəhbərliyi altında ilk beynəlxalq oyununa çıxıb. 

Ötən il Çempionlar Liqasının finalında bugünkü rəqibini məğlub edən, 3 ay əvvəl isə Avropa Liqasında zəfər çalan “Çelsi” isə artıq bir dəfə Superkubopku qazanıb. 1998-ci ildəki uğurunu təkrarlamağa çalışan London təmsilçisi ötən il Monakoda əldə edə bilmədiyi mükafatı yenidən kluba qayıdan Joze Mourinyonun rəhbərliyi altında qazanmağa çalışıb.

 
Qeyd edək ki, “Eden” stadionundakı matçın UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.

“Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) - 2:2 (5:4 penaltilər) 
QOL: Riberi, 47, Martines, 120 - Torres, 8, Hazard, 93
 

Qırmızı vərəqə Ramires, 85 (“Çelsi”)
 

Baş hakim: Yonas Eriksson (İsveç)
 

Praqa. “Eden” stadionu

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar