“Bavariya”nın yeni baş məşqçisi Xosep Qvardiola öz məşqçi qərargahını komplektləşdirməyə davam edir. Apasport.az saytının məlumatına görə, “Barselona”nın sabiq çalışdırıcısı Kataloniya klubunda rəqiblərə baxış etmə işi ilə məşğul olan Karles Planşar və Domenek Torrenti Münhenə gətirir.
Artıq hər iki məşqçi “Barsa”nın rəhbərliyinə yayda komandanı tərk edəcəklərini bildiriblər. Qvardiola “Barselona”da işləyən zaman onlar da Pepin yanında çalışırdılar. Ötən mövsüm Xosep Kataloniya təmsilçisini tərk edəndən sonra isə Planşar ilə Torrent klubda qalıblar.
Qeyd edək ki, Qvardiola “Bavariya”da baş məşqçi Yupp Haynkesi əvəz edəcək.
Qvardiola köməkçilərini də özü ilə aparır
1194