Qurban Qurbanovun yubiley oyunu: 40-cı qələbə
30 avqust 2019 12:20 (UTC +04:00)

Qurban Qurbanovun yubiley oyunu: 40-cı qələbə

0
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Linfild” matçı Azərbaycan çempionu üçün yubileylərlə əlamətdar olub.
 
APA-nın məlumatına görə, Şimali İrlandiya təmsilçisini 2:1 hesabı ilə məğlub edən Ağdam klubu avrokuboklarda özünün 40-cı qələbəsini qazanıb.
 
Bu göstəricidə Azərbaycan rekordçusu olan “Qarabağ” 112-ci görüşündə dördüncü “onluğ”u fəth edib. Bakıdakı ev matçında əldə olunan qələbə həm də Qurban Qurbanovun baş məşqçi karyerasında 40-cı avrokubok uğuru olub. O, yubiley – 100-cü matçında 40-a çatıb.
 
“Qarabağ” avrokuboklarda 40-cı qələbəni qazanmaqla Avropa Liqasında da yubileyə imza atıb. Ağdamlılar qitənin ikinci dərəcəli klub turnirində 25-ci dəfə qalib gəliblər. Bu, turnirdəki 68-ci matça təsadüf edib. 
 
Azərbaycan çempionu həm də yubiley qolunu vurub. Abdullah Zubirin 88-ci dəqiqədə rəqib qapısından keçirdiyi top “Qarabağ”ın Avropa Liqasındakı 70-ci qolu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 830

Oxşar yazılar