Qurban Qurbanova gözlənilməz hədiyyə
10 iyul 2017 23:01 (UTC +04:00)

Qurban Qurbanova gözlənilməz hədiyyə

0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sürpriz hədiyyə alıb. Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Samtredia” ilə keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfransında baş verib

 

Belə ki, Bakıda səfərdə olan Gürcüstanın georgiaonline.ge saytının əməkdaşı Tengiz Paçkoria Ağdam klubunun çalışdırıcısını Azərbaycan dilində salamlayaraq, ona hədiyyə təqdim edib. Maraqlıdı ki, jurnalist 45 yaşlı mütəxəssisə şərab uzadıb. Lakin hədiyyəni klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov alıb.

 

Əcnəbi jurnalistə təşəkkür edən Qurban Qurbanov inanclı insan olduğunu və şərab içmədiyini bildirib.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” oyunu saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar