Qurban Qurbanov "Qarabağ"dan göndərdiyi futbolçulardan danışdı
21 may 2013 00:47 (UTC +04:00)

Qurban Qurbanov "Qarabağ"dan göndərdiyi futbolçulardan danışdı

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov altı futbolçuları – Əfran İsmayılov, Emeka Opara, Kristian Torres, Zaur Həşimov, Elnur Abdulov və Emin İmaməliyevlə yolları ayırlarının səbəbini açıqlayıb.

Lent.az-ın məlumatına görə, qol.az saytının müxbiri ilə söhbətində o qeyd edib ki, Əfran İsmayılov, qış transferində “Bakı”ya keçən Rauf Əliyev, eləcə də hazırda klubla müqaviləsi davam edən Vaqif Cavadovdan çox şey gözləyib: “Lakin bu futbolçular istədiyim oyunu göstərmədilər. Çalışırdıq ki, əlimizdə olan vaxt ərzində bu futbolçulardan yararlanaq”.

Qurban Qurbanov E.Opara ilə altı aylıq müqavilə bağladıqlarını xatırladıb: “Klubun razılığı ilə altı aydan artıq da qala bilərdi. Ancaq belə məsləhət bildik ki, onunla yolları ayıraq. Opara “Qarabağ”da olduğu müddətdə əlindən gələni komanda üçün etdi. Düşünürəm ki, ondan istifadə edə bildik”.

Q.Qurbanov  müqaviləsi bitən Branimir Subaşiçin komandada qalıb-qalmayacağı ilə bağlı hələlik qərar verilmədiyini deyib: “Subaşiçlə də altı aylıq müqavilə bağlamışdıq. Bu futbolçudan maksimum yararlana bilmədik. Çünki “Qarabağ”a gələn kimi zədələndi və uzun müddət zədədən əziyyət çəkdi. Hazırda onun müqaviləsi bitib və “Qarabağ”ın futbolçusu sayılmır.

 

# 1124
avatar

Oxşar yazılar