Qış olimpiadaları tarixində yeni <span style="color:red;">REKORD
18 fevral 2014 10:45 (UTC +04:00)

Qış olimpiadaları tarixində yeni REKORD

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikovdan ibarət azərbaycanlı duet 12-ci yeri tutub. Lent.az-ın məlumatına görə, təmsilçilərimiz buz üzərində rəqsin nümunəvi (sərbəst) rəqs bölümündə 90,48 balla 11-ci yeri tutub.

 

Daha öncə onlar qısa rəqsdə 58,15 xalla 14-cü olublar. Beləliklə, iki hərəkətin cəmində 148,63 bal yığan duetimiz olimpiadanı 12-ci pillədə başa vurub. Olimpiya çempionu adına iki hərəkətin cəmində 195,52 bal (78,89 + 116,63) yığan Meril Devis – Çarli Uayt (ABŞ) dueti layiq görülüb. 190,99 bal (76,33 + 114,66) yığan Tessa Virçu – Skott Moyr (Kanada) dueti gümüş, 183,48 bal (73,04 + 110,44) toplayan Yelena İlyinıx – Nikita Katsalapov (Rusiya) cütlüyü isə bürünc medal qazanıb. 

 

Qeyd edək ki, Yuliya Zlobina – Aleksey Sitnikov dueti Azərbaycan üçün qış olimpiadaları tarixində rekord göstəriciyə imza atıb. Əvvəlki ən yaxşı nəticə ölkəmizin ilk dəfə qatıldığı 1998-ci il Naqano Qış Olimpiya Oyunlarında qeydə alınıb. Həmin vaxt Yuliya Vorobyova və İqor Paşkeviçdən ibarət fiqurlu konkisürmə cütlüyümüz 16-cı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602

Oxşar yazılar