Qəzada ölən futbolçunun atası ürəktutmadan vəfat etdi
Təyyarə qəzasında ölən argentinalı futbolçu Emiliano Salanın atası dünyasını dəyişib.
ONA-nın məlumatına görə, Orasio Sala ürəktutmadan vəfat edib.
Oğlunun ölümündən sonra üç ay yaşayan ata Sala Proqreso şəhərindəki evində keçinib.
Qeyd edək ki, yanvarın 19-da Fransa “Nant”ından İngiltərə “Kardiff”inə keçən futbolçunu aparan təyyarə yanvarın 22-də itib. E.Salanın meyiti fevralın 3-də La-Manş boğazında tapılıb.
808