Qəbələdə ilk dəfə olimpiya lisenziyalı yarış keçiriləcək
26 noyabr 2013 23:48 (UTC +04:00)

Qəbələdə ilk dəfə olimpiya lisenziyalı yarış keçiriləcək

Bu il  noyabr 23-24 noyabr tarixində Almaniyanın Münhen şəhərində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) növbəti seminarı keçirilib.

 

Lent.az-ın «Qəbələ» klubunun saytına istinadən məlumatına görə, ali qurum tərəfindən təşkil olunan toplantıda Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, "Qəbələ" Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və texniki meneceri Emin Cəfərov iştrak edib.

 

 Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının prezidenti Oleqario Vaskes Ranya və federasiyanın baş katibi Frans Şrayberlə görüşlər keçirib.

 

Mühüm yeniliklərlə yadda qalan seminarda, həmçinin ISSF-in növbəti illər üçün təqvim-planı da müzakirə olunub. Bir sıra mötəbər yarışın Qəbələdə keçirilməsi barədə qərarlar qəbul edilib.

 

Qərarlara əsasən, 2014-cü ildə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Qran-Pri turniri və Dünya Kubokunun finalı, 2015-ci ildə isə 2016 Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları Qəbələdə keçiriləcək.

2015-ci il Dünya Kuboku turnirində 1600-1800 idmançının 30 lisenziya uğrunda mübarizə aparması gözlənilir.

 

"Qəbələ" İK-nın Atıcılıq Klubunun bazasında keçiriləcək turnirlər bu olimpiya idman növü üzrə yeni-yeni idmançıların üzə çıxarılmasında böyük rol oynayacaq.

 

Qeyd edək ki, müstəqil Azərbaycanın olimpiya oyunlarında qazandığı 26 medaldan 3-ü məhz atıcılıq növünə aiddir. Zemfira Meftahəddinova (stend atıcılığı) 2000-ci il Sidney Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra 2004-cü il Afina Olimpiya Oyunlarında o və İradə Aşumova (güllə atıcılığı) fəxri kürsünün 3-cü pilləsinə qalxmışdılar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134
avatar

Oxşar yazılar