Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya kubokunun 6-cı günündə daha iki medal dəsti sahibini tapıb. Apasport.az saytının məlumatına görə, yarışın arxada qalan hissəsində 11 növ üzrə 33 mükafatçı müəyəynləşib.
Bunlara 13 ölkə təmsilçiləri yiyələnib. Hamıdan çox – 9 medal qazanan Çin 5 qızıl, 3 gümüş və 1 bürünc əldə edib. ABŞ, Cənubi Koreya və Rusiya hərəyə 4 dəfə fəxri kürsüyə qalxıb.
Amma medalların əyarına görə amerikalılar öndədi. Asiyalılar 3-cü, Avropada hamını qabaqlayan Rusiya isə 4-cü pillədə qərarlaşıb. Daha 3 ölkə - İran, İtaliya və Böyük Britaniya da 1-dən artıq – hərəyə 2 medala sahib çıxıb.
|
yer |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
|---|---|---|---|---|---|
|
1 |
Çin |
5 |
3 |
1 |
9 |
|
2 |
ABŞ |
2 |
2 |
|
4 |
|
3 |
Cənubi Koreya |
1 |
2 |
1 |
4 |
|
4 |
Rusiya |
1 |
1 |
2 |
4 |
|
5-6 |
İran |
1 |
|
1 |
2 |
|
|
İtaliya |
1 |
|
1 |
2 |
|
7 |
Böyük Britaniya |
|
1 |
1 |
2 |
|
8-9 |
Avstriya |
|
1 |
|
1 |
|
|
Qazaxıstan |
|
1 |
|
1 |
|
10-13 |
Slovakiya |
|
|
1 |
1 |
|
|
Xorvatiya |
|
|
1 |
1 |
|
|
Çexiya |
|
|
1 |
1 |
|
|
Fransa |
|
|
1 |
1 |