Bu gün Topaz Premyer Liqasında 20-ci tura start verilib. Lent.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun mərkəzi oyununda Qəbələnin eyniadlı komandası Ağdamın "Qarabağ" klubunu qəbul edib. Komandaların turnir cədvəlindəki xalları baxımından bu qarşılaşma liderlik mübarizəsi kimi qiymətləndirilirdi.
Ağdam təmsilçiləri bir topla bu mübarizədən qalib ayrılıb və 39 xalla liderliyini bərpa edib. Qələbə topunu 74-cü dəqiqədə Reynaldo ev sahiblərinin qapısından keçirib.
Digər oyunlarda "Rəvan" "İnter"i, AZAL isə "Sumqayıt"ı qəbul edib. “Rəvan” öz meydanında “İnter”ə məğlub olub (1:2). Digər oyunda isə heç-heçə qeydə alınıb (2:2).
Turun daha bir prinsipial oyunu sabah keçiriləcək. “Xəzər-Lənkəran” “Neftçi”ni qəbul edəcək. Neftçi” qalib gələcəyi təqdirdə liderliyə yüksələcək.
Sabah keçiriləcək başqa bir oyun isə Zaqatalada olacaq. “Simurq” öz meydanında “Bakı”nı qəbul edəcək.