“Yeni mövsümdə nə olacaq? Amma indi hər kəsin gözü tətildə. Futbolçularımızın da fikri meydanda deyil. İnşallah, sonuncu turun oyununu daha ağıllı oynayarıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Ünal Aysal deyib.
Türkiyə Superliqasının sonuna 2 tur qalmış 19-cu dəfə çempion olan “Cim-Bom”un rəhbəri yeni mövsüm üçün komandaya 3, maksimum 4 futbolçunu transfer edəcəklərini bildirib: “Növbəti mövsüm “Qalatasaray”ın heyəti daha güclü olacaq. Geridə qalan 2 il ərzində biz komandanın heyətini bütövlükdə dəyişdirdik. Demək olar ki, köhnə oyunçularımızdan bir-iki nəfər qaldı. Digərləri yenidir. Bu yay da bir neçə futbolçunu heyətimizə qatacağıq. Bəzi oyunçularımız da başqa komandalara transfer olunacaq. Amma ötən illərdəki qədər böyük dəyişiklik olmayacaq. Təxminən 3, maksimum 4 oyunçu ilə bu mövsümü tamamlayıb, tez bir zamanda bütün heyətlə birlikdə işə başladacağıq. Bu qayda ilə növbəti mövsümün hazırlıqlarına start vermək istəyirik”.
“Qalatasaray”ın transfer siyahısının ilk pilləsində Alper Potuk, Aryen Robben və Rikardo Kuarejma kimi məşhur futbolçuların adı yer alır.
Qalatasaray”ın transfer siyahısında ilk üçlük: Potuk, Robben, Kuarejma
1425