İsveçrənin Lozanna şəhərində 2013-2014-cü il mövsümü üçün WSB (Ümumdünya Boks Seriyası) Liqasının püşkü atılıb. Lent.az-ın məlumatına görə, Azərbaycanın “Baku Fires” komandası B qrupunda güclü komandalara rəqib olub.
Təmsilçimizin bəxtinə ötən mövsümün qalibi “Astana Arlanz” (Qazaxıstan), “Mexiko Gerreros” (Meksika), “Kuba Domadores” (Kuba), Rusiya və “Hussarz Poland” (Polşa) düşüb. A qrupunda isə “Ukraine Otomans” (Ukrayna), “USA Nokautz” (ABŞ), “Arxentina Kondorz” (Argentina), “Sander” (İtaliya), “Cermen İqlz” (Almaniya) və “Desert Hoks” (Əlcəzair) mübarizə aparacaq. “Baku Fires” ilk görüşünü səfərdə “Astana Arlanz”a qarşı keçirəcək. Sonuncu turda isə komandamız “Kuba Domadores” önünə çıxacaq.