Püşk atıldı: Azərbaycan çempionu "ölüm qrupu"nda! 
28 iyun 2014 01:35 (UTC +04:00)

Püşk atıldı: Azərbaycan çempionu "ölüm qrupu"nda! 

İyunun 27-də qadın voleybolçular arasında Çempionlar Liqasının 2014/2015 mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın “Rabitə” və “Azəryol” klubları rəqiblərini tanıyıblar.

 

Super Liqanın qalibi A qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin bəxtinə Türkiyə klubları çıxmasa da, püşk onları çətin rəqiblərlə üz-üzə qoyub. Belə ki, “Rabitə” mərhələ adlamaq üçün Çempionlar Liqasının, dünya çempionatının və Rusiya Superliqasının son qalibi Kazan “Dinamo”su, Polşanın ən güclüsü “Ximik” və Çexiya çempionu “Agel”lə münasibətinə aydınlıq gətirəcək.

 

Azərbaycan çempionatının ikincisi “Azəryol”un isə bəxtinin gətirdiyini demək olar. Yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı komanda Türkiyə və Fransanın gümüş medalçıları, müvafiq olaraq, “Fənərbaxça” ilə “Nant” və Rumıniya çempionatının qalibi “Stiinta” ilə qarşılaşacaq.

 

Digər qruplara gəlincə, D və E qruplarında da gərgin mübarizənin gedəcəyi gözləniləndir.

 

A qrupu

“Dinamo” (Kazan, Rusiya)

“Rabitə” (Azərbaycan)

“Ximik” (Polşa)

“Agel” (Çexiya)

 

B qrupu

“Fənərbaxça” (Türkiyə)

“Azəryol” (Azərbaycan)

“Nant” (Fransa)

“Stiinta” (Rumıniya)

 

C qrupu

“Dinamo” (Moskva, Rusiya)

 “Yamamay” (İtaliya)

 “Dresdner” (Almaniya)

 “Salo” (Finlandiya)

 

D qrupu

“Əczaçıbaşı” (Türkiyə)

“Omiçka” (Rusiya)

“İmpel” (Polşa)

“Volero” (İsveçrə)

 

E qrupu

“Vakıfbank” (Türkiyə)

“Pyaçentsa” (İtaliya)

“Kann” (Fransa)

“Partizan” (Serbiya)

 

Qeyd edək ki, reqlamentə əsasən 20 komanda 5 qrupda mübarizə aparacaq. Onlar bir-biri ilə ev-səfər prinsipi ilə oynadıqdan – 6 turdan sonra “dördlük”də ilk 2 yerin sahibi və 3-cü yeri tutacaq 2 ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq. “Dördlər finalı”nın ev sahibi bu komandalar arasında müəyyənləşəcəyindən isə yerini 3-cü ən yaxşı 3-cü pilləni tutacaq kollektivə verəcək.

 

Qrup mərhələsinin ilk turu noyabrın 12-də (+/-1) start götürüb, yanvarın 28-də başa çatacaq. I pley-off mərhələsi fevralın 11-də (+/-1) və 18-də (+/-1), II pley-off mərhələsi martın 4-də (+/-1) və 11-də (+/-1) oynanılacaq. “Dördlər finalı” isə həmişəki kimi martda deyil, apreldə təşkil olunacaq. Yarımfinalçılar aprelin 4-də üz-üzə gələcək, mükafatçılar 1 gün sonra dəqiqləşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2170

Oxşar yazılar