Fransa çempionu PSJ baş məşqçisi Karlo Ançelottini komandadan ayrılıb, “Real”a getməsinə icazə verə bilər. Apasport.az saytının məlumatına görə, lakin Paris təmsilçisi “Kral klubu”nun qarşısına şərt qoyur.
Belə ki, PSJ rəhbərliyi “Real”ın hücumçusu Kriştianu Ronaldonu onlara satmalarını istəyir. Əgər bu baş tutarsa, həmin zaman klub ilə hələ 1 il müqaviləsi olan italiyalı çalışdırıcını Portuqaliya millisinin forvardının əvəzinə Madridə yollanmasına icazə verəcək. PSJ-nin sahibi Ronaldonun transferi üçün isə “Real”a 100 milyon avro məbləğində bir təklif etməyi düşünür.
Qeyd edək ki, ispan klubunun hazırkı baş məşqçisi Joze Mourinyonun mövsümün sonunda komandadan ayrılıb “Çelsi”yə keçəcəyi iddia olunur.