Prezident Xetaq Qazyumova qızıl medal təqdim etdi
17 iyun 2015 22:32 (UTC +04:00)

Prezident Xetaq Qazyumova qızıl medal təqdim etdi

Avropa Oyunlarında sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində medalların təltif olunması mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycana 10-cu qızıl medalı qazandıran sərbəst güləşçimiz Xetaq Qazyumova medalı prezident İlham Əliyev təqdim edib.

 

Təqdimetmə mərasimində Dünya Güləş Federasiyasının rəhbəri Nenad Laloviç də iştirak edib.

 

Medallar təqdim edildikdən sonra qalib ölkələrin bayraqları qaldırılıb və Azərbaycanın dövlət himni ifa olunub. Himnin ifasından sonra tamaşaçılar qalib Xetaq Qazyumovu ayaq üstə alqışlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar