Alman jurnalist Hayo Zeppelit iddia edib ki, sabah – aprelin 3-də böyük dopinq qalmaqalı yaşanacaq. Apasport.az saytının məlumatına görə, bu barədə məşhur ingilis nəşri “The Sundey Times” ARD-yə istinadla xəbər yayıb.
“Sabah növbəti böyük dopinq qalmaqalı olacaq. Böyük Britaniya futbolunda tarixi gün olacaq” – deyə Zeppelit bildirib.
“The Sunday Times”ın redaktoru Conatan Kalvert isə vurğulayıb ki, söhbət İngiltərə Premyer Liqasında çıxış edən klubların oyunçularından gedir.
Qeyd edək ki, Zeppelit yaxın keçmişdə Rusiyada atletika sahəsindəki məşhur dopinq qalmaqalını əvvəlcədən xəbər verərək, diqqət mərkəzinə gəlmişdi.