“Liverpul”un və Belçika millisinin hücumçusu Divok Origi uzun müddətə sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, gənc oyunçu “Everton”la matçda biləyinə aldığı zərbədən sonra oyunu davam etdirə bilməmişdi.
Müayinələrdən sonra bəlli olub ki, forvardın sağ ayaq biləyində bir bağ qırılıb, digəri isə sıradan çıxıb.
Onun ən az 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Originin Belçika millisinin heyətində Avropa çempionatında çıxış edib-etməyəcəyi isə hələ kim tam dəqiqləşməyib.