Premyer Liqa klublarından “Liverpul” ağır itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, mersisaydlıların yarımmüdafiəçisi Lukas Leyva zədələnib.
Bu barədə baş məşqçi Yürgen Kloppun açıqlama verib. Alman çalışdırıcının sözlərinə görə, braziliyalı futbolçu qarşıdakı 5-6 həftə ərzində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Leyva İngiltərə Premyer Liqasının son turunda “Mançester Siti” ilə qarşılaşmada (3:0) bu səbəbdən meydana çıxa bilməmişdi.