Portuqaliya KİV gələn mövsümlə bağlı müzakirə edərkən, “Benfika” klubunun qapıçısı Markao və “Sportinq” komandasının müdafiəçisi Divanieynin futbol üzrə Azərbaycan çempionatında oynayacaqlarını bildiriblər.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu xəbər düz çıxmayıb.
Bundan başqa Portuqaliyanın “A Bola” qəzeti Azərbaycan futbolu haqda məlumatsızlığını çempionunun adını bilməməklə də nümayiş etdirib. Qəzet Azərbaycan çempionu “Qarabağ”ın yerinə, Qazaxıstanın “Kayrat” klubunun adını yazıb.
“Azerispor” bildirib ki, “Qarabağ” futbol klubunun mətbuat xidməti Portuqaliya KİV-də müzakirə olunan oyunçuların transferindən xəbərsizdirlər, klub qapıçını dəyişmək haqda düşünmür.