Çex "Arsenal"a keçdi
19 iyun 2015 10:53 (UTC +04:00)

Çex "Arsenal"a keçdi

“Çelsi”nin qapıçısı Petr Çex, nəhayət ki, seçim edə bilib. Apasport.az saytı xəbər verir ki, Avropanın bir neçə klubundan təklif alan çexiyalı qolkiper Londonda qalmağı məsləhət bilib.

 

Amma o, gələn mövsümdən “Çelsi”nin yox, “Arsenal”ın formasını geyinəcək. 33 yaşlı qolkiper “toplçular”la ilkin razılıq əldə edib. “Arsenal” bu keçid üçün qarşı tərəfə həmçinin 10 milyon funt-sterlinq təklif edib. “Zadəganlar”ın sahibi Roman Abramoviç də bu transferə qarşı olmadığını söyləyib. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar