Pekin «Olimpiada-2022»-yə ev sahibliyi etmək istəyir
09 fevral 2014 05:47 (UTC +04:00)

Pekin «Olimpiada-2022»-yə ev sahibliyi etmək istəyir

Çin hakimiyyəti Soçidə Beynəlxalq Olimpiya Komitəsində 2022-ci il Qış Olimpiya oyunlarının keçirilməsi ilə bağlı müsabiqədə iştirakını təsdiqləyib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Röyter» bildirib ki, bu müsabiqədə Pekin qalib gəlsə, o, həm yay, həm də qış oyunları keçirilən ilk şəhər olacaq.

 

Mənbə mütəxəssislərin buna şübhə etdiklərini vurğulayıb. Çünki 2018-ci ilin qış, 2020-ci ilin yay oyunları üçün uyğun olaraq, Cənubi Koreyanın Pxençxan və Yaponiyanın Tokio  şəhərləri seçildiyindən 2022-ci ilin qış olimpiadasının Şərq Asiya ölkəsində keçiriləcəyi gerçək görünmür.

 

 

Pekinlə yanaşı Norveçin Oslo, Qazaxıstanın Alma-atı və Poşlanın Krakov şəhərləri də namizədlər arasındadır. İsveçin Stokholm şəhəri isə bu müsabiqədə iştirakdan imtina edib. İsveçlilər bunu maliyyə problemi ilə əlaqələndirmişdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1652
avatar

Oxşar yazılar