Azərbaycanın atletika üzrə paralimpiya milli komandası Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərində keçirilən 8-ci “FƏZZA” Qran-Pri turnirində ilk medallarını qazanıblar. Paralimpiya Komitəsindən APA-ya verilən xəbərə görə, 100 metr məsafəyə qaçışda Çebanu Yelena 12.11 saniyə nəticəsi ilə qızıl, Cəbrayılov Elmir 100 metr qaçışda 11.39 nəticəsi ilə gümüş, Muradov Elçin 100 metr qaçışda 11.86 nəticəsi ilə gümüş medallara sahib çıxıblar.
Yarışlar davam edir.