Onları o ki var öpdülər
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulub. Lent.az-ın məlumatına görə, mərhələnin qalibi adına Fransanın “Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülüb – 4 saat, 41 dəqiqə, 7 saniyə. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlayıb.
	Yarışın yekun sıralanmasına əsasən Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy köynəyə sahib çıxıb. “Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
	Göy köynək (ümumi sıralanma) – İlnur Zakarin (“RusVelo”, Rusiya)
	Qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) – Linus Gerdemann (“MTN Qhubeka”, 
	CAR)
	Yaşıl köynək (ən yaxşı sprinter) – Vitali Buts (“Kolss”, Ukrayna)
	Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) – Pobert Pauer (Avstraliya milli 
	komandası)
	Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) – Samir 
	Cəbrayılov (“Synergy Baku”, Azərbaycan)
	Yarışın sonunda adətə uyğun olaraq qaliblər manken qızlarla şəkil çəkdiriblər. Qızlar qalib idmançıları öpməkdə xəsislik etməyiblər.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0