Olimpiyaçılarımızın bayrağımızı tərsinə tutmasına <span style="color:red;">RƏSMİ  cavab gəldi: “Yaxşı hal deyil”
05 fevral 2014 15:20 (UTC +04:00)

Olimpiyaçılarımızın bayrağımızı tərsinə tutmasına RƏSMİ cavab gəldi: “Yaxşı hal deyil”

Sosial şəbəkələrdə 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların fotosu yayımlanıb. Lent.az-ın məlumatına görə, həmin görüntüdə yığma üzvlərinin üçrəngli bayrağı tərsinə tutduqları diqqətdən yayınmır.

 

Təmsilçilərimizdən heç biri milliyyətcə azərbaycanlı deyil. Dağ xizəkçisi Patrik Braxner avstriyalı, Qaya Bassani Antivari italiyalı, fiqurlu konkisürənlərdən ibarət Aleksey Sitnikov – Yuliya Zlobina dueti isə rusiyalıdır. Bu mənada, onların bayrağımızın rənglərindən hansının yuxarıda, hansının isə aşağıda olduğunu bilməmələrini hardasa başa düşmək olardı. Amma acınacaqlısı odur ki, bayraq milə məhz bu cür keçirilib – yaşıl yuxarıda, göy aşağıda... Başqa sözlə, bayraq onlara bu cür verilib. Şəkil isə Soçidə çəkilib.

 

Bu məqamda xatırladaq ki, XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva, yığmamızın bayraqdarı isə Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyevdir.

 

Nurullayeva Lent.az-a açıqlamasında bildirib ki, şəkil çəkilən ərəfədə başları Soçidəki Olimpiya Kəndində bayrağımızın qaldırılma mərasiminə qarışıb. Bu səbəbdən, idmançılarımıza verilən bayrağın rənglərinə nəzər yetirmək imkanı olmayıb: “Əgər belə bir şey olubsa, yaxşı hal deyil. Başımız mərasimə qarışıq olduğundan, idmançılarımıza verilən bayrağa fikir verə bilməmişəm. Olimpiyaçılarımızın hamısı legioner olsa da, bayrağımızdakı rənglərin yerlərini gözəl bilirlər. Sadəcə, ola bilsin, Olimpiya Kəndində çalışan volontyorlar bayrağı milə tərsinə keçiriblər və idmançılar da buna diqqət yetirməyiblər”.

 

Qeyd edək ki, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına fevralın 23-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar