2014-cü ildə Rusiyada keçiriləcək qış olimpiya oyunlarının rəsmi sponsoru, paytaxtın «Adamas» zərgərlik zavodunun icraçı direktoru Maksim Vanberq bahalı metallardan hazırlanacaq ayrı-ayrı mükafatların dəyərini söyləməyin çətin olduğunu söyləyib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, direktor deyib: «Biz hesab edirik ki, bu medalların qiymətsizdir. Ayrı-ayrı mükafatların dəyərindən danışmaq da çətindir. Ancaq bu layihəyə 10 milyon dollar xərclənəcək».
Mükafat medallara ənənəvi olaraq, bürünc, gümüş və qızıl daxildir. Medalların hamısı 460- 531 qramdan, paraolimpiyaçıların mükafatları isə 585- 686 qramdan hazırlanır.