Novruz Əzimovdan Bojidar Bandoviçə sərt cavab - QALMAQAL
13 may 2013 16:24 (UTC +04:00)

Novruz Əzimovdan Bojidar Bandoviçə sərt cavab - QALMAQAL

“Bojidar Bandoviç idman direktoru vəzifəsinə gələnədək “Bakı” yaxşı vəziyyətdə idi. Bu komanda Azərbaycan Kubokunun finalında çempion “Neftçi”ni məğlub etmişdi. Məhz Bandoviçin idman direktorluğuna gəlişindən sonra klub daxilində ab-hava dəyişdi”. Bunu Lent.az-a açıqlamasında “Bakı”nın sabiq baş məşqçisi, hazırda isə komandada idman direktoru vəzifəsində çalışan Novruz Əzimov deyib.

 

Əzimov Bandoviçin ötən ilin yayında komandanı pis vəziyyətdə qəbul etməsinə dair ittihamlarını cavablandırıb. Azərbaycanlı mütəxəssisin fikrincə, baş məşqçi vəzifəsində onu əvəzləyən serbiyalı mütəxəssis “Bakı”nın hazırkı vəziyyətə düşməsində günahı elə özündə axtarmalıdır: “Mən onun mətbuata dediklərinə elə mətbuat vasitəsilə cavab vermək istəməzdim. Sadəcə, onu deyə bilərəm ki, “Bakı”nın indiki durumu komandanın iddialarına uyğun deyil. Təbii ki, Bandoviçin fikirləri ilə razı deyiləm. “Bakı” nə mənim, nə də onundur. Bu klub Hafiz Məmmədovundur. Mən isə komandanın uğuru üçün əlimdən gələni edirəm və heç vaxt kluba zərər verəcək addım atmaram”.

 

Qeyd edək ki, “Bakı” ötən mövsüm Novruz Əzimovun rəhbərliyi altında Azərbaycan Kubokunu qazanıb. Bundan sonra Bojidar Bandoviç komandanın idman direktoru vəzifəsinə gətirilib. Paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya “Mura”sına iki oyunun nəticəsində (0:0, 0:2) uduzaraq, mübarizəni dayandırdıqdan sonra Əzimov istefa verib və idman direktoru vəzifəsinə keçirilib. Baş məşqçi postu isə Bandoviçə həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar