2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 16,3 milyard dollar sərf olunacaq. Lent.az-ın məlumatına görə, vəsaitin 60 faizini Braziliya hökuməti, 40 faizini sahibkarlar ödəyəcəklər.
Şəhər infrastrukturunun yaxşılaşdırılmasına – yeni yolların və təzə metro qolunun tikintisinə 11 milyard dollar xərclənəcək. Bu, öncədən nəzərdə tutulduğundan 25 faiz çoxdur. Səbəb kimi layihələrin sayının artması və Rio-de-Janeyronun olimpiadaya təşkilatçılıq hüququ əldə etdiyi 2009-cu ildən indiyədək qiymətlərin 30 faiz yüksəlməsi göstərilib.
Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk Oyunlar kimi tarixə düşəcək.