Növbəti Avropa oyunlarına ev sahibliyi edəcək ölkənin adı məlum olub.
Lent.az-ın “Associated Press”-ə istinadən məlumatına görə, 2019-cu ildə keçiriləcək İkinci Avropa oyunlarının Belarusiyanın paytaxtı Minsk şəhərində baş tutması nəzərdə tutulub.
Belarusiya Olimpiya Komitəsinin vitse-prezidenti Maxim Ryzgenkov deyib ki, avropalı tərəfdaşları da Belarusiyada keçiriləcək İkinci Avropa Oyunları ilə çox maraqlanırlar: “ Burda əsas məsələ büdcədir. İkinci Avropa Oyunları yüksək məbləğlər, əhəmiyyətli investisiya tələb edir. Bu işə diqqətlə yanaşmaq və hər şeyi düzgün ölçmək lazımdır".
Vitse-prezident əlavə edib ki, 2019-cu ildə baş tutacaq ikinci Avropa Oyunları üçün ilk olaraq Amsterdamın ev sahibliyi edəcəyi gözlənilsə də, lazımi vəsait və daxili dəstək çatışmazlığı oldu.