Norveçin homoseksual səhiyyə naziri Bent Heye 2014-cü il Soçi Qış Paralimpiya Oyunlarına həyat yoldaşı ilə birgə yollanacaq. Lent.az-ın məlumatına görə, gey nazir və yoldaşı rəsmən nikahdadırlar.
Heye deyib: “Norveçli idmançıları dəstəkləyə biləcəyim günü səbirsizliklə gözləyirəm. Bu idmançılar məhdud imkanlara malik olsalar da, yüksək səviyyədə çıxış edirlər”.
Qeyd edək ki, Soçi Qış Paralimpiya martın 7-dən 16-dək davam edəcək.