“Neftçi”nin çilili futbolçusu Nikolas Kanalesin Lent.az-a müsahibəsi
- “Neftçi”də ilk mövsümünüzdəcə çempion oldunuz. Hansı hissləri keçirirsiniz?
- Çox məmnunam. Çempionluqla yanaşı, Avropa Liqasında da qrup mərhələsinədək irəlilədik.
- Siz həm də 26 qolla Topaz Premyer Liqasının bombardiri oldunuz. Sizin üçün hansı daha önəmlidir?
- Məncə, həm bombardir olmağım, həm də çempionluğumuz çox vacib idi. Amma əvvəllər başqa klubla bir dəfə çempion olmuşdum, amma ilk dəfə idi ən sərrast oyunçu olurdum.
- Qarşıda Azərbaycan Kubokunun finalı və Çempionlar Liqasında təsnifat oyunları gəlir...
- Biz ilk növbədə, “Xəzər Lənkəran”ı udmaq niyyətindəyik. Bundan sonra Çempionlar Liqasını düşünməyə vaxtımız olacaq.
- İddialı komandalardan təkliflər almısınız?
- Bəli, başqa klublardan təkliflər var. Bunlar Avropa təmsilçiləridir və hamısı da iddialıdır. Bu işlərlə menecerim məşğul olur. Hər şeyə onun komanda rəhbərliyi ilə aparacağı danışıqlardan sonra aydınlıq gələcək.
- Siz həm də mövsümün ən yaxşı futbolçusu seçilməyə namizədsiniz. Bu mübarizədə özünüzə əsas rəqib olaraq, kimi görürsünüz?
- Məncə, Azərbaycanda ən yaxşı oyunçulardan biri Flavinyodur.
- Çempion olmağınıza baxmayaraq, elə də yüksək əhval-ruhiyyədə görünmürsünüz?
- Yorulmuşam. Yəqin ki, ona görədir.