Nazir müavinini vitse-prezident seçmədilər
23 may 2013 17:08 (UTC +04:00)

Nazir müavinini vitse-prezident seçmədilər

Gənclər və idman nazirinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti İsmayıl İsmayılov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) vitse-prezidenti seçilə bilməyib. Lent.az-ın məlumatına görə, IWF-in Rusiyanın paytaxtı Moskvada keçirilən Konqresində İ.İsmayılov 23 namizədin 5 yer uğrunda mübarizə apardığı səsvermədə lazımi sayda səs qazanmayıb.

 

Əvəzində İntarat Yodbanqtoyev (Tailand), Sam Koffa (Avstraliya), Aleksandr Gerasimenko (Rusiya), Xose Kinones (Peru) və Poh-Enq Onq (Malayziya) bu vəzifəyə seçilib. Vlad Nikuya (Rumıniya) I vitse-prezident, Venquanq Maya (Çin) baş katib, Tamaş Ayana (Macarıstan) isə prezident kimi etimad göstərilib. Daha 8 nəfər isə İWF-in İcraiyyə Komitəsinə (İK) üzv olublar. İ.İsmayılov İK üzvlüyünə 44 namizədlik siyahıda da yer alıb.

 

AAAF-ın icraçı direktoru İsgəndər Əsgərov Lent.az-a bildirib ki, İWF Konqresində azərbaycanlı namizədə etimad göstərilməməsi Ayanın əvvəlki komandanı qoruyub saxlamaq istəyi ilə əlaqədardır. Onun sözlərinə görə, vitse-prezidentlərdən yalnız Gerasimenko yenidir. Bu isə Konqresin məhz Rusiyada keçirilməsi ilə əlaqədardır.

 

İ.Əsgərov, həmçinin bildirib ki, İ.İsmayılov İWF vitse-prezidenti seçilməməsi səbəbindən İK üzvlüyünə namizədliyini geri götürüb.

 

Qeyd edək ki, İWF-nin bütün rəhbər heyəti növbəti 4 il müddətinə seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Oxşar yazılar