“Hesablama Palatası hər il yoxlamalar aparır. Yoxlamalar nəticəsində Milli Məclisə təhlilini təqdim edir”. Lent.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, sonuncu hesabatda nöqsanlar aşkarlanmayıb. Rəhimovun sözlərinə görə, bəzi Daşkəsəndəki Xoşbulaqda olimpiya kompleksinin tikintisi nəzərdə tutulub. Amma rayon mərkəzindən 20 km aralıda olduğundan, prezident İlham Əliyevin təklifi ilə orada Gənclər Mərkəzi tikilib: “Sakinlər deyir ki, bir həftə qalan heç vaxt xəstələnməz. Sizi də dəvət edirik. Bəzi qurğularda da ciddi problem yoxdur. İnşa edən təşkilatlar bəzi hallarda nöqsanlara yol verirlər. Bunu nəzərə alaraq, tikintinin 3-5 faizini nazirliyin hesabında saxlayırıq. Nöqsanlar ortaya çıxanda onu bağlayırıq”.
Nazirlikdə korrupsiya halının aşkarlanmadığını vurğulayan nazir bildirib ki, 2 rayonda asfalt-beton örtüyü həyata keçirilib, amma hava şəraiti ilə əlaqədar axıra saxlanılıb. Bütün iradlar 2 il müddətində aradan qaldırılıb: “Komplekslər dövlət qəbul komissiyası tərəfindən qəbulu 16 təşkilat tərəfindən aparılır. Bu da 1 ilədək vaxt tələb edir. Olimpiya Kompleksi böyük olduğundan, daha çox vaxt aparır. Kreditor borcu isə mərhələli şəkildə verilir”.
Eyni zamanda Hesablama Palatasının açıqlaması oxunub. Açıqlamada bildirilir ki, audit zamanı korrupsiya hallarına rast gəlinməyib. Çatışmazlıqlar isə aradan qaldırılıb.

Nazir: “Bir il vaxt lazımdır”
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04